Azərbaycanlılar 7 ayda bu ölkədə 720 mənzil alıb

Bu ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 127 mənzil alıb.

İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin iyul ayı ilə müqayisədə 12 mənzil və ya 10,4 % çoxdur.

Ümumilikdə isə yanvar-iyul aylarında 720 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin 7 ayı ilə müqayisədə 174 ədəd və ya 31,9% çoxdur.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyədə 4 564 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2020-ci ilin iyul ayı ilə müqayisədə 1 792 ədəd və ya 64,6% çoxdur.

Bu ilin yanvar-iyul aylarında isə Türkiyədə 25 310 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 8 125 ədəd və ya 47,3% çoxdur.

Türkiyədə ən çox mənzil alan İraq vətəndaşları olub. Bu ölkədən olanlar iyulda 712, yanvar-iyul aylarında isə 3 731 mənzil əldə edib.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay bu ölkədə 619, yanvar-iyul aylarında isə 3 689 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar iyulda 365 mənzil, yanvar-iyul aylarında isə 2 124 mənzilə sahib olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan