Gürcüstanın xarici ticarət dövriyyəsi 22% artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri 7 484,9 milyon ABŞ dolları təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.

7 ay ərzində qonşu ölkənin ixracının dəyəri 2 milyard 275,6 milyon dollar (+27,8%), idxalının dəyəri isə 5 milyard 209,3 milyon dollar (+19,3%) təşkil edib.

Hesabat dövründə xarici ticarətdə 2 933,6 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi dövriyyədəki payı 39,2% olub.




©Report

Bizi Facebook-da izləyin: INdexAzerbaijan