MİDA bu şirkət ilə 4 milyon manatlıq müqavilə bağladı

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət “Chinar İnshaat” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 698 862 manatdır.

Qeyd edək ki, “Chinar İnshaat” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Novruz Vəliyevdir, vergi borcu 69 219 manat təşkil edir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan