“Samsung” qatlanan smartfonlarını təqdim edib – FOTO

“Samsung” yeni qatlanan “Z Fold3” və “Z Flip3” smartfonlarını təqdim edib. Şirkətdən verilən məlumata görə, “Galaxy Z Fold3” modeli 7.6 düymlük qatlanan daxili və 6.2 düymlük xarici ekranla təchiz edilib.

İndex.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu “S Pen” dəstəkləyən ilk smartfondur.

“Samsung” qatlanan smartfonlarını təqdim edib – FOTO

Cihaz əvvəlki nəslə nisbətən daha yüngül və incədir.

Smartfonun daxili ekranı altında 4 MP kamera yerləşir.

Ümumilikdə, smartfon üç xarici kamera ilə təchiz edilib: 12 MP (f2.2), 12 MP (f1.8) və 12MP (f.40). Cihaz “Snapdragon 888” prosessoru və 4400 mAh tutumlu akkumulyatorla işləyir.

“Z Fold3” smartfonu qara və yaşıl rəngdə, 256 GB və 512 GB versiyalarında mövcud olacaq. Güman edilir ki, modelin qiyməti 3675 AZN təşkil edəcək.

“Z Flip3” smartfonu 6.7 düymlük AMOLED ekranı ilə təchiz edilib.

Xarici ekranın ölçüləri böyüdülüb və 1.9 düym təşkil edir.

Smartfonlarla yanaşı, şirkət yeni nəsil “ağıllı” saat təqdim edib – “Watch4” və “Watch4 Classic”.

“Watch4” modelinin qiyməti 460 AZN (40 mm) və 520 AZN (44 mm) təşkil edəcək. “Watch4 Classic”in qiyməti 630 AZN (42 mm) və 690 AZN (46 mm) olacaq.
Yenilənmiş “Buds2” yeni dizayn və səs-küyü aradan qaldıran texnologiya ilə təchiz edilib.

Cihazlar öncədən sifariş üçün 11 avqustdan etibarən əlçatan olacaq, satışlar 10 sentyabrda başlayacaq.



©Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan