Minatəmizləmə Agentliyi 3,5 milyon manatlıq texnika alır

Minatəmizləmə Agentliyi təkərli yükləyici ekskavator, tırtıllı ekskavator və frontal yükləyicilərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Udt-Texnika" MMC-dir.

Qalib şirkətə 3 504,6 min manat ödəniləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan