SOCAR-ın yeni vitse-prezidentləri kimlərdir? – DOSYE

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamları ilə Dövlət Neft Şirkətinə – SOCAR-a iki yeni vitse-prezident təyin edilib. Bunlar Zaur Qurbanov və Kənan Nəcəfovdur.

İndex.az xəbər verir ki, yeni vitse-prezidentlərin hər ikisi əvvəlki dövrlərdə beynəlxalq audit və hüquq şirkətlərində işləyiblər.

Belə ki, Kənan Nəcəfov bu təyinata qədər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. K.Nəcəfoav həmin vəzifəyə 2020-ci ilin avqustunda təyan edilmişdi və bu vəzifədə cəmi bir il çalışıb.

1975-ci ildə Bakı şəhərində anadan olub.

1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini Hüquqşünas və tərcüməçi-referent ixtisası üzrə bitirib.

1998-ci ildə ABŞ-ın Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecinin Hüquq üzrə magistratura proqramına qəbul olub, 1999-cu ildə Beynəlxalq biznes hüququ ixtisası üzrə magistratura pilləsini (LLM) bitirib.

2001-ci ildə ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə daxil olub və 2003-cü ildə Biznes inzibatçılığı (Maliyyə ixtisası) üzrə magistratura pilləsini (MBA) bitirib.

1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışıb.

1999-cu ildən 2001-ci ilədək “Baker Botts LLP” hüquq firmasının Vaşinqton və Bakı ofislərində hüquq məsləhətçisi işləyib.

2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə, 2008-2009-cu illərdə Londonda “Exane BNP Paribas” investisiya şirkətində investisiya təhlilçisi, 2009-2012-ci illərdə isə “Citigroup” İnvestisiya Bankında investisiya təhlilçisi (vitse-prezident) vəzifələrində çalışıb.

2012-2015-ci illərdə Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib. 2015-ci ildən 2020-ci ilin avqustunadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

İqtisadiyyat nazirinin 5 avqust 2020-ci il tarixli əmri ilə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Zaur Qurbanov isə bu təyinata qədər təqribən 1 il Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini vəzifəsində çalışıb. O həmin vəzifəyə 2020-ci idin avqustunda təyin edilmişdi. Xatıladaq ki, Holdinin Müşahidə Şurasının sədri İqtisadiyyat naziri Mkayıl Cabbarovdur.

Zaur Qurbanov Holdinqdə təyinatına qədər beynəlxalq audit şirkəti olan “Ernst & Young” şirkətinin Azərbaycandakı törəməsində vergi direktoru kimi çalışıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan