“Instagram”da yeni funksiya işə salınır

“Instagram” sosial şəbəkəsi istifadəçilərin aqressiv davranışını məhdudlaşdırmağa imkan verən yeni “Limits” funksiyasını təqdim edib.

İndex.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İndi istifadəçilər izləmədiyi hesablardan şərh və mesajları avtomatik olaraq gizlədə biləcəklər.

Bununla yanaşı, şirkət sosial şəbəkədə davranış qaydalarının pozulmasına görə istifadəçilərə xəbərdarlıq göndərəcək. Xatırladaq ki, ötən həftə “Instagram” gün ərzində milyonlarla bu cür xəbərdarlıq göndərib. Nəticədə istifadəçilərin yarısı rəyini ya dəyişdirib, ya da silib. Bildirildiyi kimi, aprel ayında başladılan bu funksiya avqustun sonuna qədər bütün dünyada əlçatan olacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan