“Turkcell” şirkəti "Paycell"i satır

Türkiyənin aparıcı GSM operatoru (Mobil Əlaqələr üçün Qlobal Sistem) “Turkcell”, “Paycell”i satmağa qərar verib.

İndex.az xəbər verir ki, Türkiyə Mətbuatının məlumatına görə, satışın qısa müddətdə reallaşdırılacağı bildirilib.

Yalnız Türkiyə bazarında deyil, Ukraynada da əməliyyatlar həyata keçirən və 5.3 milyon aktiv istifadəçisi olan Paycell, 98 milyon TL (təxminən 11.3 milyon dollar) dövriyyə və 2021 -ci ilin ilk rübü üçün 54% artım açıqlamışdı. Vergidən öncə şirkətin qazancı 53 milyon TL-ə çatan şirkətin gəlirlərinin 63% -i xidmət etdiyi fərqli korporativ şirkətlərdən gəlir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan