Neft sektorunun mənfəət vergisi ödəmələri 6% artıb

Bu ilin I yarısında Azərbaycanın neft sektoru İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə mənfəət vergisi formasında 1 166,8 milyon manat ödəniş edib.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur.

6 aylıq ödənişin 583,6 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR), 583,1 milyon manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan