Bakı-Sumqayıt elektrik qatarları ilə sərnişin daşınması 5% azalıb

Bu ilin I yarısında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC 1 040 933 sərnişin daşıyıb.

İndex.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,1% azdır.

6 aylıq sərnişin daşımalarının hamısı Bakı-Sumqayıt elektrik qatarlarının payına düşüb (Koronavirus (COVID-19) pandemiyasına görə regional və beynəlxalq sərnişin daşımaları dayandırılıb).

Son 1 ildə Abşeron dairəvi dəmir yolu xəttində sərnişin daşımaları 4,6% azalıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan