ƏDV üzrə büdcə daxilolmaları 6 ayda 2,5 milyard manat təşkil edib

Bu ilin ilk yarısında Azərbaycanın dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) üzrə 2,509 mlrd. manat daxil olub.

İndex.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.

ƏDV üzrə daxilolmaların 1,127 mlrd. manatı Dövlət Vergi Xidməti xətti ilə, 1,382 mlrd. manatı isə Dövlət Gömrük Komitəsi xətti ilə daxil olub. Vergi xidməti üzrə büdcəyə ƏDV daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 6,8%, Gömrük Komitəsi üzrə isə ƏDV daxilolmaları isə illik 6,6% azalıb.

Qeyd edək ki, 2021-ci ilin I yarısında ƏDV üzrə daxilolmalar büdcə gəlirlərinin (11,755 mlrd. manat) 21,3%-ni təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan