Mənzil-kommunal təsərrüfatı xərci 32% azalıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı xərcləri 73,1 milyon manat təşkil edib.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% azdır.

Mənzil və kommunal təsərrüfatı xərcləri proqnoza nisbətən 27,3% az icra edilib və illik proqnozun 27,8%-ni təşkil edib.

Bizim Telegram kanalımıza abunə

Bizi Facebook-da izləyin: INdexAzerbaijan