İqtisadi fəaliyyət xərcləri 26% azalıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin iqtisadi fəaliyyət xərcləri 1 473,1 milyon manat təşkil edib.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4% azdır.

İqtisadi fəaliyyət xərcləri proqnoza nisbətən 6,8% az icra edilib və illik proqnozun 24,8%-ni təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan