Ötən il ən çox hansı tətbiqlər yüklənib? - SİYAHI

Qısa video-çarxlar xidməti tətbiqi olan “TikTok” 2020-ci ildə ən çox yüklənən tətbiq olub. “TikTok” ilk dəfə olaraq yüklənmə göstəricisinə görə “Facebook”u qabaqlayıb.

Index.az xəbər verir ki, bu barədə “Nikkei”in araşdırmasında deyilir.

Qeyd olunur ki, “Telegram” tətbiqi reytinqdə səkkizinci yerdən yeddinci pilləyə yüksəlib.

“TikTok”un müvəffəqiyyətini əsasən koronavirus pandemiyası, “Telegram”ın uğuru isə “Facebook”la məlumatları paylaşmağa başlayan “WhatsApp”ın siyasəti ilə əlaqələndirilir. “TikTok”un çinli rəqibi “Likee” reytinqdə səkkizinci sırada yer alıb.

2020-ci ildə ən çox yüklənən tətbiqlər – TOP-10:

1. TikTok

2. Facebook

3. WhatsApp

4. Instagram

5. Facebook Messenger

6. Snapchat

7. Telegram

8. Likee

9. Pinterest

10. Twitter

Bizi Facebook-da izləyin: INdexAzerbaijan