Bu il 41 milyon manatdan çox ziyan ödənilib - RƏSMİ

Bu ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

İndex.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 41072985-dir. Belə ki, 2021-ci ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib", - Baş prokurorluqdan bildirilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan