Mərkəzi Bank 8 şirkəti cərimələdi – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 8 şirkətə qarşı cəza protokolu tərtib edib.

İndex.az xəbər verir ki, həmin şirkətlər barəsində tərtib edilən inzinbari protokollar müvafiq olaraq qeydiyyat ünvanlarındakı rayon məhkəmələrinə təqdim edilib.

Bu şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu rayon məhkəmələrinə göndərilib.

Siyahı belədir:

“Navi” MMC
“Futales” MMC
Teymur Əhmədov adına “Aznar” QSC
“Lopart” MMC
“Avtotexno” MMC
“Göyçay-Şərab” Açıq Səhmdar Cəmiyyəti
“Tıfanı Ltd” MMC
“Ysm Auto Oil Ltd” MMC
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.




©Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan