“Volkswagen” yeni elektrikli krossoverini təqdim edib – FOTO

“Volkswagen” şirkəti yeni elektrikli kupe-krossover təqdim edib. ID.5 GTX adlanan bu model avtomobil istehsalçısının ilk elektrikli kupe-krossover olacaq.

İndex.az bu barədə “Kommersant”a istinadən xəbər verir.


Avtomobil 77 kVt/s tutumlu elektrikli akkumulyator ilə təchiz edilib və bir şarjla 497 km məsafə qət edir. Bu model vizual olaraq yeni bamperlər, əlavə seksiyalar, o cümlədən baqaj qapağında yeni kuzovu ilə fərqlənəcək.

“Volkswagen ID.5 GTX” avtomobilinin təqdimatı sentyabrın əvvəlində “IAA Munich Motor Show” adlı şouda keçiriləcək. Verilən məlumata görə, avtomobil 2022-ci ildə satışa çıxacaq.




©Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan