Ölkədə avtomobil satışı 21% artıb

Azərbaycanda 2021-ci ilin birinci yarısında olan rəsmi göstəricilərə görə avtomobil satışlarının həcmi 21% artıb.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ölkədə avtomobil və minik avtomobil satışlarının dövriyyəsi 227.57 mln. manat olmuşdur.

2021-ci ilin yanvar- iyun ayları ərzində ölkədə avtomobil və motosikletlərin pərakəndə və topdan satış dövriyyəsi 5 020.68 mln. manat olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan