Biləsuvar rayon icra başçısına birinci müavin təyin edildi

Biləsuvar Rayon İcra Hakimiyyətində (İH) kadr dəyişikliyi olub.

İndex.az xəbər verir ki, Qurumun struktur bölməsində qeyd edilən məlumata görə, Azər Gülşan oğlu Cəfərli Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub.

Qeyd edək ki, bu vəzifəni daha əvvəl Xanlar Məmmədov yerinə yetirib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan