Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri üzrə xərclər 30% artıb

Bu ilin I yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri üzrə xərclər təxminən 81 milyon ABŞ dolları təşkil edib.

İndex.az “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% çoxdur.

O cümlədən, son 1 ildə kəmər üzrə əməliyyat xərcləri təxminən 44% artaraq 69 milyon dollara çatıb, əsaslı xərclər isə 14% azalaraq 12 milyon dollara düşüb.

Hazırda kəmər əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan