“Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır - RƏSMİ

“Hazırda, Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin layihəsi hazırlanır”.

İndex.az xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər barədə hesabat konfransında Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.

O bildirib ki, “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd hissəsinin uzunluğu 123.8 kilometrdir:

“Yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan