Palçıq vulkanlarının yanında turizm obyektləri salınacaq

Dövlət Turizm Agentliyi tenderin qalibini elan edib.

İndex.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun xarici su təchizatı üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması ilə əlaqədar dərc edilmiş elektron açıq tenderdə “HİDROLOQ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin şirkətlə 2021-ci il avqustun 5-də müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan