Bu bankların kredit portfeli azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə kredit portfeli illik müqayisədə az olub.

İndex.az xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lərdir.

Ən çox azalma “AFB Bank”da (69,3%), ən az azalma isə Pakistan bankında (6,2%) qeydə alınıb.

Qalan 21 bankın kredit portfeli artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (70,2%), ən aşağı dinamika isə “Muğan Bank” ASC-də (4,3%) qeydə alınıb.




©Renkinq

Bizi Facebook-da izləyin: INdexAzerbaijan