Nazirlik yarım milyon manatlıq avtomobil alır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi 3 şirkətlə müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, bu şirkətlər “Sun Cars” MMC, “İdeal Motors” MMC və “Azərmaş Group” MMC-dir.

Müqavilələrdə Universal tipli tam ötürücülü yolsuzluq avtomobillərinin (offroader), Yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitələrinin, Universal tipli tam ötürücülü minik avtomobillərinin və Tam ötürücülü bortlu yük avtomobillərinin satın alınması nəzərdə tutulur.

Bu müqavilələrin məbləği isə 509 min manatdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan