“Met-Ak” şirkəti cərimələndi

“Met-Ak” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edilib.

İndex.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) tərtib etdiyi protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Günel Səmədovanın icraatına verilib. Hazırlıq iclası avqust ayının 13-ü saat 16:15-ə təyin edilib.

Şirkətə protokol İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə (Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma) əsasən yazılıb.

Bu inzibati xətaya görə, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə tətbiq olunur.




©Unikal.org

Bizi Facebook-da izləyin: INdexAzerbaijan