ABŞ şirkəti peyvənd olunmuş hər işçisinə 1000 dollar ödəyəcək

ABŞ-ın Pensilvaniya ştatında fəaliyyət göstərən iri və özəl investisiya şirkəti “Vanguard” koronavirus (COVID-19) əleyhinə peyvənd vurdurmuş hər işçisinə 1000 dollar ödəyəcək.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, ödəniş bu ilin oktyabr ayına qədər vaksinasiyadan keçmiş şəxslərə ediləcək.

Bu qərar həm evdən, həm də ofisdə işləməyə imkan verən hibrid iş modelinə keçilməsi ilə əlaqədar qəbul olunub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan