“Günay Sığorta”nın səhmdarlarının pay bölgüsü dəyişib

“Günay Sığorta”nın səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

İndex.az bu barədə şirkətin hesabatına istinadən xəbər verir.

Səhmdarlardan olan Mahmud Məmmədov payını 28.06%-dən 32.45%-ə qalxıb, digər səhmdar olan Yeganə Şirinovanın payı 71.94%-dən 67.55%-ə düşüb.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan