Ticarət dövriyyəsi 3% artıb

Bu ilin I yarısında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 11 007,3 milyon manat olub.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən məlumat verir.

Məlumata görə, son 1 ildə paytaxtın ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 5,6 % artaraq 5 710,4 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 0,4% artaraq 5296,9 milyon manata çatıb.

İstehlak məhsullarının 35,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 42,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan