Bakı Şəhər İcra Hakimiyyəti 6 milyon manata binaları təmir etdirəcək

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxt ərazisindəki dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmir olunması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

İndex.az dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, tenderin qalibi "Vest LTD" MMC-dir.

Qalib şirkətə 5 995 300 manat ödəniləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan