Dünya iqtisadiyyatının bərpasına 650 milyard dollar ayrıldı

Beynəlxalq Valyuta Fondu (IMF) koronavirus (COVID-19) pandemiyasından sonra dünya iqtisadiyyatının bərpası üçün 650 milyard ABŞ dollarının ayrılmasını təsdiq edib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, həmin vəsait avqustun 23-dən Fonda üzv olan bütün ölkələr arasında onların kvotalarına mütənasib paylanılacaq.

O cümlədən 275 milyard dollar inkişaf etməkdə olan bazarlar və gəlir səviyyəsi aşağı olan ölkələr üçün nəzərdə tutulub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan