"AzerGold" 16 minə yaxın işçi cəlb edəcək

Prezident İlham Əliyevin Daşkəsən rayonuna səfəri çərçivəsində "AzerGold" QSC-nin "Çovdar" İnteqrə olunmuş Regional Emal Sahəsinə, “Mərəh” qızıl mədəninə diqqəti qeyri-neft sektorunun əsas sahələrindən olan dağ-mədən sənayesinə verilən böyük önəmin göstəricisidir.

İndex.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, "AzerGold"un Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib.

"Bu sahənin inkişafında xüsusi rolu olan “AzerGold”un 2035-ci ilə qədər əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ümumi daxili məhsuluna (ÜDM) 21,9 milyard manatlıq töhfə verilməsi, 16 minə yaxın işçi cəlb etməsi proqnozlaşdırılır", - deyə o, qeyd edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan