"Yelo Bank"ın sahibi Rusiyanın beş ən zəngin şəxsindən biri oldu

İndex.az xəbər verir ki, “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov ilin əvvəlindən bəri varidatı artan rusiyalı zənginlər arasında ilk beşlikdədir.

Bu barədə dünyanın ən varlı 500 adamının daxil olduğu “Bloomberg Billionaires Index”in (BBI) reytinqindən bəlli olur.

Bildirilir ki, Vahid Ələkbərovun sərvəti ilin əvvəlindən bəri 4,01 milyard artaraq 21,3 milyard dollara çatıb.

“Lukoil” şirkətinin rəhbərindən əlavə ilin əvvəlindən bəri sərvəti artan rusiyalı zənginlər arasında ilk beşlikdə “Severstal” şirkətinin rəhbəri Aleksey Mordaşov (dördüncü yer), Novolipetsk Metallurgiya Zavodunun rəhbəri Vladimir Lisin (üçüncü yer), “Novatek” rəhbəri Leonid Mixelson (ikinci yer) və “Nornikel” rəhbəri Vladimir Potaninin (birinci yer) adı qərarlaşıb.

BBI-in ümumi reytinqində “Amazon”un sahibi Ceff Bezos lider olaraq qalır. Onu “SpaceX” və “Tesla” rəhbəri İlon Mask və LVMH holdinqinin əsas sahibi Bernar Arno izləyir.

Qeyd edək ki, Vahid Ələkbərov həm də Yelo Bankın sahibidir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan