Koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.

İndex.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5442 nəfər vəfat edib, aktiv xəstə sayı 5022 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 881, ötən müddət ərzində isə ümumilikdə 4 023 954 test aparılıb.

Qeyd edək ki, Azərbaycanda dünən koronavirusa 615 yoluxma faktı qeydə alınmışdı.

Koronavirusa yoluxanların bu günə olan statistikası

Bizi Facebook-da izləyin: INdexAzerbaijan