Ölkədə mehmanxanaların gəliri 25%-dən çox artıb

Bu ilin I yarısında Azərbaycanda mehmanxanaların gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artaraq 90,1 milyon manat olub.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bunun 61,1 %-i nömrə (otaq) təqdim olunması üzrə xidmətlərdən, 28,3%-i ictimai iaşə xidmətlərindən, 2%-i müalicə-sağlamlıq xidmətlərindən, 8,6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2021-ci lin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 9% səviyyəsində olub ki, bu da 1 il əvvələ nisbətən 1,4 faiz bəndi çoxdur.

Bu göstərici Şabranda 47,1%, Beyləqanda 23,4%, Lənkəranda 17,6%, Naftalanda 17,1%, Şəmkirdə 16,3%, Qubada 15,2%, Qəbələdə 13,7%, Bərdədə 12,8%, Cəlilabadda 12,8%, Bakıda 11,9%, Ağcabədidə 11,6%, Qusarda 11,6%, Şamaxıda 10,8%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan