Birjadan 15 dəqiqəyə 1,1 milyard dollarlıq bitkoin çıxarılıb

Ticarət həcminə görə dünyanın ən iri kriptovalyuta birjası “Binance”dan 15 dəqiqə ərzində 29,7 min “Bitkoin” (1,1 milyard ABŞ dolları dəyərində) çıxarılıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, krtiptovalyuta 3 bərabər hissə ilə çıxarılıb.

Məlumatın yayılma anında birinci kriptovalyutanın qiyməti 40 min dolları keçirdi. Son yarım ayda cüzdanında 100-dən 10 minə kimi “Bitkoin”i olan iri oyunçular bu altkoindən 170 min ədəd, o cümlədən son on gündə 40 min ədəd alıblar.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan