Dövlət xəzinəsi daha 20 milyon manat borclanıb

27 iyul 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106023887 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İndex.az bu barədə BFB-yə istinadən xəbər verir.

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 98.6678 AZN (7.00%) və 100.9456 AZN (6.15%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.7285 AZN (6.23%), orta ölçülmüş qiyməti 100.8189 (6.1966%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 108,944,800.00 manat yerləşdirilmiş həcmi isə 20,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 23 iyul 2024-cü il.

Hərrac iştirakçıları 28 iyul 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan