“Bank Avrasiya” zərər edib, depozitlər geri çəkilib

“Bank Avrasiya” ASC 2021-ci ilin sonuna olan yarımillik maliyyə hesabatlarını açıqlayıb. Hesabatdan bəlli olur ki, bankın balans hesabatındakı bir sıra nəticələr “ürəkaçan” deyil.

İndex.az xəbər verir ki, bankın aktivlərinin həcmi 2021-ci il daxil olandan bu tərəfə 6.51 mln. manat, yaxud 4.1% azalma yaşayıb və birinci yarımilin sonuna 153.19 mln. manata qədər azalmışıdır. Bankın aktivlərinin 25.62 mln. manatı nağd vəsaitlər (ilin əvvəli ilə müqayisədə: -19.5%), 11.6 mln. manatı qitmətli kağızlar (-14.6%), 4.93 mln. manatı digər bank və maliyyə qurumlarına verilən kredirər (+8.3%), 122.86 mln. manatı isə müştərilərə verdiyi kreditlər (+9.1%) olmuşdur.

“Bank Avrasiya” aktivlərində olan banklar və digər maliyyə institutlarındakı depozitlərin 2.91 mln. manatını tam geri çəkib, əmlak və avadanlıqlarının isə yeni qiymətləndirilməsinə görə həcmi 3.23 mln manat olmuşdur (42.9% azalma).

1 iyul 2021-ci il tarixinə bankın öhdəlillərinin həcmi ilin əvvəli ilə müqayisədə 3.2% azalma ilə 85.76 mln. manata düşüb. Öhdəliklərində 39.84 mln. manat depzitlər təşkil edir ki, bu da son altı ay ərzində 9.5% azalma deməkdir. Depozitlərinin 33.21 mln. manatı fiziki şəxslərin olub (son altı ayda 6.6% azalma) və 6.63 mln. manatı isə hüquqi şəxslərin (21.5% azalma) vəsaitləri təşkil edir.

Qeyd edək ki “Bank Avrasiya” 2021-ci ilin yanvar-iyun yarımilini 3.93 mln. manat zərər edib.



©Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan