Banklar bu il 200-dən çox bankomat quraşdırıb

2021-ci ilin iyun ayına Azərbaycanda banklar tərəfindən quraşdırılan bankomatların sayı 2 804 ədəd təşkil edib.

İndex.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, 1 ay ərzində banklar tərəfindən 19 yeni bankomat quraşdırılıb. İllik müqayisədə isə 231 yeni bankomat quraşdırılıb.

Bununla yanaşı, Bakıdakı bankomatların sayı iyun ayında 1 479, regionlarda isə 1 325 olub. İllik müqayisədə Bakıda 136, regionlarda isə 99 yeni bankomat quraşdırılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan