Image description

Bu ilin I yarısında Gürcüstanın dəmir yolları ilə 6 milyon ton yük daşınıb.

İndex.az xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə həcm 500 min ton artıb. Yük daşımalarında 10%-lik artım son 11 ilin rekord göstəricisi kimi qeydə alınıb.

Məlumata əsasən, yanvar-iyunda Azərbaycanın neft məhsullarının tranziti 70% artıb. Çin-Avropa istiqamətində konteyner daşımalarında da rekord artım olub. Hesabat dövründə 4 679 TEU tipli konteyner daşınıb ki, bu da illik müqayisədə 3,7 dəfə çoxdur.

Bizi Telegram-da izləyin: t.me/indexaz