Image description

Məhkəmələrdə aliment tutulmasına dair işlərə iki ay müddətində baxıla bilər.

İndex.az xəbər verir ki, bu barədə məlumat Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərdə qeyd olunub.

Belə ki, Məcəllənin 172-ci maddəsinə təklif edilən dəyişikliklərlə işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay müddətində baxıla bilər (mövcud qanunvericiliklə - 1 aya qədər), ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə 3 ay müddətində , digər mübahisələrə dair işlərə 4 ay müddətinə baxıla bilər (mövcud qanunvericiliklə - 3 aya qədər).

Didər dəyişikliklə işdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu məcəllə ilə nəzərdə tutulan müddət məhkəmənin əsaslandırılmış qərarı ilə 2 aydan artıq olmayan müddətdə uzadıla bilər.

Bizi Telegram-da izləyin: t.me/indexaz