Image description

Bu ilin yanvar-may ayında Azərbaycanda 17 milyard kubmetr qaz hasil edilib.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 8,4 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 3,2 milyard kubmetr qaz hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 3,4%, yəni 551,5 milyon kubmetr artımla qaz hasil edilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz