Image description

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan təxminən 11,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bunun 11,1 milyon tondan çoxu konsorsiumun, 653,8 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 798 min ton, yəni 6,3% azdır.

Bizi Telegram-da izləyin: t.me/indexaz