Image description

Qlobal video paylaşım platforması YouTube müəllif hüquqlarının pozulması ilə bağlı Avropa İttifaqındakı məhkəmə prosesini udub.

İndex.az xəbər verir ki, Avropanın ən ali məhkəmə qurumu olan Avropa Ədalət Məhkəməsi öz qərarında “Google-un video platforması olan YouTube-un və digər analoji saytların müəllif hüquqları mövcud olan kontentin istifadəçilər tərəfindən onlayn şəkildə qeyri-qanuni yüklənməsinə görə məsuliyyət daşımadığını” bildirib.

Bununla belə, məhkəmə məsuliyyət yaradan halları da müəyyən edib: əgər YouTube və analoji platformalar yüklənən videoların müəllif hüquqlarını pozduğunu bildiyi halda, onları dərhal silmirsə və ya bloklamırsa, bu zaman ziyana görə cavabdehlik daşıyır.

Xatırladaq ki, alman musiqiçisi və prodüser Frank Peterson 2008-ci ilə aid videolarının onun razılığı olmadan müəllif hüquqları pozularaq YouTube-a yükləndiyinə görə şirkəti məhkəməyə vermişdi. YouTube-un sözçüsü açıqlamasında son 12 ayda musiqi sənayesinə 4 milyard dollar pul ödədiklərini, bunun 30%-nin çoxlu baxış sayı yığan videolar təşkil etdiyini bildirib.




©Marja

Bizi Telegram-da izləyin: t.me/indexaz