Image description

Azərbaycan Prezidenti İlahm Əliyev "Məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Sərəncam imzalayıb.

İndex.az xəbər verir ki, Sərəncam ilə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Sərəncam, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasir tələblərə uyğun təşkili işlərinin davam etdirilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, habelə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin müsbət təcrübəsindən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə qərara alınıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz