Image description

“44 günlük döyüşlərdə təxminən 11 min civarında yaralanmış müharibə iştirakçısı var. Onlardan təxminən 4500-5000 nəfərinə əlillik dərəcəsi veriləcək. 6 min əlillik dərəcəsi düşməyən yaralanmış şəxs qalır. Onların da tam əksəriyyəti gənclərdi. Bu gənclərin tam əksəriyyəti hələ peşəsini, gələcək həyatını da müəyyənləşdirməyib”.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat təklif edib ki, yaralanmış müharibə iştirakçılarının hər birinə dəstək kimi 5 il müddətində ayda 500 manat pul verilsin: “Bu 5 il ərzində də onlar özlərinə bir peşə, iş-güc, güzəran qurarlar”.

Deputat Musa Quliyev isə bildirib ki, yaralanan qazilərə 500 manat müavinət verilməsi təklifi qanunvericilik baxımından mümkün deyil.

Deputat bildirib ki, müharibədə iştirak edən, əlillik verilməyən insanların məşğulluğu təmin edilməlidir: “Təklif humanist ola bilər, amma həyata keçirilməsi mümkün deyil. Həmin qazilər sağalıb, deməli, işləyə bilərlər. Bunun üçün “Məşğulluq marafonu” həyata keçirilir. İlin sonuna kimi biz bu insanların məşğulluğunun təmin edilməsinə çalışacağıq”.




©APA

Bizi Telegram-da izləyin: t.me/indexaz