Image description

“Apple” korporasiyası “yaşıl” texnologiyalarla ayaqlaşmaq üçün gələcəkdə “iPhone”ları yalnız tullantılardan istehsal etməyi planlaşdırır.

İndex.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkət yenilənən enerji mənbələrindən və təkrar emal edilmiş materiallardan istifadə edəcəyini bildirir.

Korporasiyanın rəhbəri Tim Kukun sözlərinə görə, “Apple” hal-hazırda “karbonsuz” texnologiyalara keçib. Bu gün şirkət üçün əsas problem istehlakçıların “sıfır karbon emissiyası”nın əhəmiyyəti barədə məlumatlandırılmasını stimullaşdırmaq və tədarük boyunca “karbon neytrallığı”nı qoruyub saxlaya bilməkdir. Bu hədəfin 2030-cu ilə qədər yerinə yetiriləcəyi gözlənilir.

Qeyd edək ki, “Apple” noutbuklarının istehsalında təkrar emal edilmiş materiallardan istifadə edir (40%). Eyni zamanda şirkət “iPhone” ilə birlikdə şarj qutusunu satmaqdan imtina etməsini bununla izah edir. Qərar ətraf mühitin qayğısına qalmaq və karbon qazı tullantılarının miqdarını azaltmaq məqsədini daşıyır.

Bizi Telegram-da izləyin: t.me/indexaz