Image description

"Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsi əlilliyi olan şəxslər üçün 164 ədəd avtomobil satın alacaq.

İndex.az xəbər verir ki, Agentlik bu məqsədlə tender elan edib.

Tender elanında bildirilir ki, tenderdə iştirak etmək istəyən şirkətlər 13 iyul 2021-ci il tarixinə kimi sənədləri, 23 iyun 2021-ci il tarixinə kimi isə tender təkliflərini təqdim etməlidir.

Qeyd edək ki, avtomobil üçün tələblər aşağıdakı kimidir:
Avtomobilin tipi: Sedan 4 qapılı
Buraxılış ili: 2021
Mühərrik həcmi: 1.5-2 L
Sürət qutusu: Mexaniki sürət qutusu, maksimal sürət 180-190
Rəng: Ağ, qara, gümüşü, tünd göy
Ötürücü: Ön
Yanacaq növü: Benzin
Yürüş: 0 km
Zəmanət: 2 il və ya 60 000 km
Təhlükəsizlik: Sürücü və ön sərnişin üçün təhlükəsizlik yastıqları, ABS, mərkəzi kilidləmə, duracaq siqnalizasiyası, park radar, təhlükəsizlik sistemi
İnteryer: Parça Salon, kondisioner, elektrik tənzimlənən sürücü və ön sərnişin oturacağı (bel hissəsi), ön və arxa pəncərələrin elektrik tənzimlənməsi, elektriklə idarə olunan güzgülər, arxa şüşənin qızdırıcısı, dirsəklik, tənzimlənən sükan, MP3 oxuducu, ön və arxa qapı örtüklərində dinamiklər

Bizi Telegram-da izləyin: t.me/indexaz