Image description

Avropa İttifaqı COVID-19 peyvəndlərinin təchizatı ilə bağlı ən iri vaksin istehsalçılarından biri olan AstraZeneca şirkətinə qarşı qaldırdığı məhkəmə iddiasını uduzub.

İndex.az xəbər verir ki, ilin əvvəlində Avropa Komissiyası və AstraZeneca arasında imzalanan müqaviləyə əsasən, şirkət 2021-ci ilin birinci yarısında 300 milyon doza peyvənd təchiz etməli idi. Lakin iri vaksin istehsalçısı Böyük Britaniyadakı zavodlarında yaranan problem səbəbindən nəzərdə tutulan həcmin cəmi yarısını təchiz edəcəyini bildirmişdi.

Tərəflər arasındakı bir neçə aylıq mübahisə nəticədə mayda başlanan məhkəmə çəkişməsi ilə nəticələnib. Avropa İttifaqı şirkətdən iyunun sonuna qədər 120 milyon vaksin təchiz etməyi, əks təqdirdə gecikdirilən hər doza üçün 10 avro cərimə ödəməyi tələb edirdi. Ötən gün Brüssel məhkəməsi məsələ ilə bağlı qərarında “şirkətin müqavilə öhdəliklərini pozduğunu” bildirsə də, cərimə və yeni təchizat qrafiki ilə bağlı iddianı təmin etməyib.


Əvəzində məhkəmə şirkətin üzərinə sentyabrın sonuna qədər cəmi 80 milyon doza vaksin təchiz etmək öhdəliyi qoyub ki, bunun da icrası çətinlik törətməyəcək. Çünki indiyə kimi artıq 70 milyon doza peyvənd Avropa Komissiyasına təhvil verilib. Qərarla razılaşmayan Avropa İttifaqının AstraZenecaya qarşı qaldırdığı digər oxşar iddiaya isə məhkəmə senytabrda baxacaq.





©Marja

Bizi Telegram-da izləyin: t.me/indexaz