Image description

“Pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yüksək olmasına baxmayaraq, iqtisadi perspektivə dair risklər balanslaşdırılıb”.

İndex.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) Nizamnaməsinin IV maddəsi üzrə missiyanın Azərbaycan barədə hesabatında bildirilir.

Sənədə əsasən, peyvəndin COVID-19-u məğlub etməyə yardım etməsi və iqtisadi bərpanı dəstəkləməsi gözləınilir. Sərt karantindən təsirlənən sektorlar yenidən açıldığından, bu il ÜDM-dəki artımın 2,3%-ə yüksəlməsi gözlənilir: “Yeni Cənub Qaz Dəhlizi kəməri, təbii qaz ixracını artıracaq və neft hasilatındakı azalmanı kompensasiya edəcək".

IMF bildirir ki, ötən il kəskin genişlənmədən sonra konsolidə edilmiş büdcə kəsirinin, 2022-ci ildə COVID-19 və yenidənqurma xərclərinin artması sayəsində ÜDM-nin 5,6%-i səviyyəsində qalacağı proqnozlaşdırılır: "Yüksək neft qiymətləri cari hesabı yaxşılaşdırmalı və ötən ilki kiçik kəsirdən ÜDM-nin 2,4%-i səviyyəsində profisitə çevirməlidir".

Fondun iqtisadçılarının fikrincə, ötən il Azərbaycanda iqtisadi fəaliyyət, karbohidrogen, intensiv kontakt tələb edən sahələr (məsələn, turizm) və nəqliyyat sektorunun təsiri ilə 4,3% kiçilib. İnflyasiya isə 3%-dən aşağı səviyyədə reallaşıb.Bu il inflyasiyanın 4% çivarında olması proqnozlaşdırılır.

"Büdcə balansı 2019-cu ildə böyük profisitdən kəsirə keçdi və cari əməliyyatlar balansı da zəiflədi. Artan səhiyyə xərcləri və böyük iqtisadi yardım paketi, insanların həyatlarını və dolanışıqları xilas etməyə kömək etdi və pandemiyanın iqtisadi təsirini və neft qiymətlərindəki ucuzlaşmanın təsirini yumşaltdı”, - hesabatda bildirilib.




©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz