Image description

Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızılqum” sanatoriyasında qalan vətəndaşlar narazıdır.

İndex.az xəbər verir ki, orada yaşayanlan məcburi köçkün ailələrinin əksəriyyəti Ramana qəsəbəsinə köçürülsə də, 12 ailə yeni məkanda yerləşdirilməyib.

Məsələ barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.

Yeniavaz.com xəbər verir ki, komitədən oxu.az-a bildirilib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızılqum” sanatoriyasından Ramana qəsəbəsinə məcburi köçkün ailələrinin əksəriyyətinin köçürülməsi başa çatıb:

“Hazırda adıçəkilən sanatoriyada birotaqlı mənzilə köçürüləcək ailələr qalıb. Həmin 12 ailə yaxın günlərdə yeni mənzillə təmin ediləcək. Diqqətinizə çatdırırıq ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək”.
“Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar”, - deyə qurumdan əlavə edilib.





©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz